Əsas Səhifə > Dünya > Belarus Ukrayna ilə həmsərhəd üç rayona girişi məhdudlaşdırdı - FOTO
Belarus Ukrayna ilə həmsərhəd üç rayona girişi məhdudlaşdırdı - FOTO21-12-2022, 14:47 |
|
Belarusun Qomel vilayətinin Ukrayna ilə həmsərhəd olan üç rayonuna - Loyevski, Bragin və Xoinikiyə sərhəd zolağı boyunca giriş-çıxış məhdudlaşdırılıb. Bu rayonlar Ukraynanın Kiyev və Çerniqov vilayətləri ilə həmsərhəddir. Həmçinin məhz bu rayonlardan fevralda Rusiyanın Kiyevə hücumu başlayıb. Bu qərar Nazirlər Şurası tərəfindən verilib və dekabrın 10-dan qüvvəyə minib. İstisnalar yalnız bu bölgədə yaşayanlara, yaxın qohumlarına baş çəkənlərə və ya işlə bağlı gələnlərə şamil olunacaq. Digər hallarda sərhəd komitəsinin yazılı icazəsi tələb olunacaq. Rubrika.az Geri qayıt |