Əsas Səhifə > Dünya > “Ukraynaya silah tədarükünə 97 milyard dollar xərclənib” – Şoyqu

“Ukraynaya silah tədarükünə 97 milyard dollar xərclənib” – Şoyqu


22-12-2022, 12:36
“Ukraynaya silah tədarükünə 97 milyard dollar xərclənib” – Şoyqu

27 ölkə artıq Ukraynaya silah tədarükünə 97 milyard dollar xərcləyib”.

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
O, Rusiya Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında deyib ki, Ukrayna Silahlı Qüvvələri əhəmiyyətli itki verib.
Şoyqunun sözlərinə görə, itkilərin yerini doldurmaq üçün NATO ölkələri rəsmi Kiyevə hərbi yardımı dəfələrlə artırıb. “27 ölkə artıq Ukraynaya silah tədarükünə 97 milyard dollar xərcləyib ki, bu da amerikalıların Əfqanıstanda tərk etdiyindən qat-qat çoxdur. Onun bir hissəsi terrorçuların əlindədir və bütün dünyaya yayılmaqdadır. Ukraynadan gələn silahların sabah kimin əlinə keçəcəyi məlum deyil”.

Rubrika.Az
Geri qayıt