Əsas Səhifə > Dünya > Fransa səfiri Rusiya XİN-ə çağırıldı
Fransa səfiri Rusiya XİN-ə çağırıldı22-12-2022, 12:53 |
|
Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Mərkəzi Afrika Respublikasında “Rus Evi”nin rəhbərinə sui-qəsd cəhdi ilə bağlı bəyanatı ilə əlaqədar Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Qurumdan ona etiraz məktubu təqdim edilib. “Çərşənbə günü, dekabrın 21-də Fransa Respublikasının Rusiya Federasiyasındakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Dekabrın 16-da Mərkəzi Afrika Respublikasında “Rus Evi”nin rəhbəri Dmitri Sıtoya sui-qəsd cəhdi ilə bağlı Fransa Respublikasının Avropa və Xarici İşlər Naziri Ketrin Kolonnanın bəyanatları ilə bağlı ona sərt etiraz bildirilib”. - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub. RUBRIKA.AZ Geri qayıt |