Əsas Səhifə > Dünya > Zelenskinin komandası Rusiya ilə sülh müqaviləsi hazırlayır
Zelenskinin komandası Rusiya ilə sülh müqaviləsi hazırlayır23-12-2022, 09:20 |
|
Ukrayna prezidentinin ofisi Rusiya ilə sülh müqaviləsi planı hazırlayır və bu plan 2023-cü ilin fevralında ictimaiyyətə təqdim ediləcək... RUBRIKA.AZ xəbər verir ki, belə bir məlumatla The Wall Street Journal nəşri çıxış edib. “Zelenski komandası hazırda sülh plan üzərində işləyir və öz ideyalarını fevralın 24-də, Rusiyanın Ukraynaya geniş miqyaslı təcavüzünün birinci ildönümündə təqdim etmək niyyətindədir”, deyə qəzet yazır. Xatırladaq ki, bundan əvvəl Zelenski G20 sammitində çıxışı zamanı Ukrayna üçün “sülh düsturunun” 10 şərtini təqdim edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskin bu şərtlərinə qarşı deyib ki, təqdim edilən “sülh formulası” Kiyevin Rusiya ilə danışıqlar apara bilməyəcəyini və aparmaq istəmədiyini göstərir. RUBRIKA.AZ Geri qayıt |