Əsas Səhifə > Dünya > Politico: Birləşmiş Ştatlar “Vaqner qrupu”nun Ukraynada artan təsirindən narahatdır
Politico: Birləşmiş Ştatlar “Vaqner qrupu”nun Ukraynada artan təsirindən narahatdır23-12-2022, 10:00 |
|
“Vaqner qrupu”nun Ukraynanın şərqində hərbi gücünün getdikcə artması ABŞ hakimiyyətini narahat edir... RUBRIKA.AZ xəbər verir ki, bu barədə Ağ Evdən Politico-ya bildiriblər. Ağ Ev rəsmisinin sözlərinə görə, “Vaqner qrupu”nun fəaliyyətini Baxmutda izləyiblər. “ABŞ rəsmiləri “Vaqner qrupu”nun Ukraynanın şərqində dominant hərbi gücə çevrilməsindən getdikcə daha çox narahatdırlar. ABŞ Baxmut şəhərində gedən döyüşlər zamanı “Vaqner qrupu”nun hərəkətlərini izləyib”, deyə nəşr vurğulayır. Ukraynanın keçmiş milli təhlükəsizlik müşaviri Aleksandr Danilyukun Politico-ya bildirib ki, “Vaqner” qruplaşması Ukrayna bölmələrinə aktiv şəkildə hücum edirlər. RUBRIKA.AZ Geri qayıt |