Əsas Səhifə > Gündəm > Bu gün Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək
Bu gün Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək26-12-2022, 09:36 |
|
Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi Yeni il ərəfəsində qeyri-rəsmi sammitə toplaşacaqlar. Görüş Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutacaq. “Rusiya prezidentinin dəvəti ilə bu görüş dekabrın 26-27-də baş tutacaq. Ümid edirik ki, bu, əməkdaşlığımıza əlavə təkan verəcək”, - deyə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib. Xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının rəsmi sammiti oktyabrın 14-də Astanada keçirilib. Rubrika.az Geri qayıt |