Əsas Səhifə > Cəmiyyət > Natiq Şirinov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib
Natiq Şirinov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib28-12-2022, 14:59 |
|
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) sədrinin yeni müavini təyin edilib. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama görə, Natiq Telman oğlu Şirinov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Qeyd edək ki, bu təyinatadək Natiq Şirinov İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. RUBRIKA.AZ Geri qayıt |