Əsas Səhifə > Dünya > Rusiyada hərbiçi öz komandirini döyərək öldürüb

Rusiyada hərbiçi öz komandirini döyərək öldürüb


28-12-2022, 15:08
Rusiyada hərbiçi öz komandirini döyərək öldürüb

Çelyabinsk vilayətində komandiri döyərək öldürdüyünə görə səfərbər olunan çavuş həbs olunub...

Maqnitoqorsk qarnizonu məhkəməsi komandiri döyərək öldürməkdə ittiham olunan çağırışçını həbs edib. PİA az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətinə istinadən yerli “Mgorsk.ru” nəşri məlumat yayıb.
İstintaqın məlumatına görə, dekabrın 23-də axşam saatlarında Misyaş stansiyasında (Çelyabinsk vilayəti) hərbi eşelonun qərargah kupesində səfərbərliyə alınan sərxoş çavuş kapitana hücum edib. Kapitan aldığı xəsarətlərdən yerindəcə keçinib.
2022-ci ilin sentyabrında Cinayət Məcəlləsinə edilən dəyişikliyə görə, baş çavuş on beş ilədək azadlıqdan məhrum edilə bilər.

RUBRIKA.AZ
Geri qayıt