Əsas Səhifə > Təhsil > Doktorant, magistr və tələbələrin təqaüdləri artırılıb - Siyahı
Doktorant, magistr və tələbələrin təqaüdləri artırılıb - Siyahı13-01-2023, 12:57 |
|
Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən artırılıb. Rubrika.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla həmin məbləğlər aşağıdakı kimi müəyyən edilib: 1.1. Doktorantura pilləsi üzrə: 1.1.1. elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 (dörd yüz) manat; 1.1.2. fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 (iki yüz qırx) manat. 1.2. Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında: 1.2.1. magistratura səviyyəsi üzrə: 1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 (yüz doxsan beş) manat; 2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat; 3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat; 1.2.2. bakalavriat səviyyəsi üzrə: 1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 (yüz yetmiş beş) manat; 2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 (yüz qırx beş) manat; 3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 ( bir yüz) manat. 1.3. Orta ixtisas təhsili müəssisələrində: 1.3.1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 (bir yüz) manat; 1.3.2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 (səksən) manat; 1.3.3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 (altmış altı) manat. 1.4. Peşə təhsili müəssisələrində: 1.4.1. akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 100 (bir yüz) manat; 1.4.2. akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 80 (səksən) manat; 1.4.3. akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 66 (altmış altı) manat. RUBRIKA.AZ Geri qayıt |