Əsas Səhifə > Araşdırma > Müdir müavini icra başçısının müavini səlahiyyətini icra edir - İcra Hakimiyyətində müəmma
Müdir müavini icra başçısının müavini səlahiyyətini icra edir - İcra Hakimiyyətində müəmma17-01-2023, 13:29 |
![]() Xocalı Rayon İcra Hakimiyyətində şöbə müdirinin müavini qeyr-rəsmi olaraq icra başçısının müavini kimi vətəndaşları qəbul edir. RUBRİKA.AZ-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Əliyev Vahid Surxay oğlu 10 fevral 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının (YAP) Xocalı rayon təşkilatının sədri seçildiyi üçün icra başçısının müavini vəzifəsindən azad edilib. İcra Hakimiyyəti başçısının müavini - Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə isə bu günədək təyinat olmayıb. Amma vətəndaşları İcra Hakimiyyəti başçısının müavini - Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini kimi Allahverdiyev Bəxtiyar Füzuli oğlu qəbul edir. Bəxtiyar Allahverdiyev isə icra başçısı Şahmar Usubovun qeyri-rəsmi tapşırığı ilə başçının müavini - Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini icra edir. Xocalı Rayon İcra Hakimiyyətindən məlumatı təsdiqləsələr də, bildirilib ki, sözügedən vəzifəyə hələlik təyinat yoxdur. RUBRİKA.AZ Geri qayıt |