Əsas Səhifə > Dünya > Aleksey Arestoviç vəzifəsindən azad edildi - Yenilənib

Aleksey Arestoviç vəzifəsindən azad edildi - Yenilənib


17-01-2023, 17:49
Aleksey Arestoviç vəzifəsindən azad edildi - Yenilənib

Ukrayna prezident ofisinin müşaviri Aleksey Arestoviç istefa verib...

Ukrayna Prezident Ofisi Aleksey Arestoviçin ştatdankənar müşavir vəzifəsindən azad edilməsi barədə ərizəsini təsdiqləyib.
Bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov açıqlayıb.
Onun sözlərinə görə, Ukrayna Prezident Aparatının rəhbəri Mariya Vituşok Arestoviçin vəzifədən azad edilməsi ilə bağlı müvafiq sərəncam imzalayıb.

***

Ukrayna prezident ofisinin müşaviri Aleksey Arestoviç istefa verib.

O, istefa məktubunu “Facebook” səhifəsində paylaşıb.
“Sivil davranış nümunəsi göstərmək istəyirəm: prinsipial səhv varsa, istefaya getməlisən”, - deyə o qeyd edib.

RUBRIKA.AZ
Geri qayıt