Əsas Səhifə > Dünya > Andrey Saxarov Fondu Rusiyada arzuolunmaz təşkilat elan olunub

Andrey Saxarov Fondu Rusiyada arzuolunmaz təşkilat elan olunub


24-01-2023, 09:21
Andrey Saxarov Fondu Rusiyada arzuolunmaz təşkilat elan olunub

Rusiya Baş Prokurorluğu Andrey Saxarov Fondunu arzuolunmaz təşkilat kimi tanıyıb…

Rusiyanın Baş Prokurorluğu Andrey Saxarov Fondunu ölkədə arzuolunmaz təşkilat kimi tanıyıb. PİA.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müvafiq qərar “Rusiya Federasiyasının konstitusiya quruluşunun əsaslarına və təhlükəsizliyinə təhlükə yaradan” fondun fəaliyyəti ilə əlaqədar qəbul edilib.
Rusiya Baş Prokurorluğunun bəyanatında deyilir ki, daxil olan materialların tədqiqinin nəticələrinə əsasən, 23 yanvar 2023-cü il tarixində Rusiyanın Baş Prokurorluğu xarici qeyri-hökumət təşkilatı olan The Andrei Sakharov foundation təşkilatının fəaliyyətini Rusiya ərazisində arzuolunmaz hesab etmək qərarına gəlib.
Baş Prokurorluq fondla bağlı qərarı Rusiyada fəaliyyəti arzuolunmaz olan xarici təşkilatların siyahısına daxil edilməsi üçün Rusiyanın Ədliyyə Nazirliyinə təqdim edib.

RUBRIKA.AZ
Geri qayıt