Əsas Səhifə > Siyasət > Türkiyə və Pakistan XİN başçıları arasında görüş olub
Türkiyə və Pakistan XİN başçıları arasında görüş olub24-01-2023, 12:41 |
|
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Daşkənddə pakistanlı həmkarı Bilaval Bhutto Zardari ilə görüşüb. Bunu M.Çavuşoğlu tviterdə yazıb. O bildirib ki, həmkarı ilə regional məsələrlə yanaşı, iqtisadi və müdafiə sahəsindəki əməkdaşlığı müzakirə edib. Qeyd edək ki, M.Çavuşoğlu İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclasında iştirak etmək məqsədilə Özbəkistanda səfərdədir.(report.az) RUBRİKA.AZ Geri qayıt |