Əsas Səhifə > Dünya > ABŞ Ukraynaya uzaqmənzilli raketlər verəcək
ABŞ Ukraynaya uzaqmənzilli raketlər verəcək1-02-2023, 11:46 |
|
ABŞ Ukraynaya növbəti hərbi yardım paketi hazırlayır. Bu barədə adının açıqlanmasını istəməyən iki ABŞ rəsmisi “Reuters” agentliyinə məlumat verib. Onlar ilk dəfə olaraq yardım paketinə uzaqmənzilli raketlərin daxil ediləcəyini bildiriblər. Bununla belə, agentliyin mənbələri söhbətin məhz hansı raketlərdən getdiyini dəqiqləşdirməyiblər. Ümumilikdə Kiyev 2,2 milyard dollar dəyərində silah alacaq. Rubrika.az Geri qayıt |