Əsas Səhifə > Manşet > MƏLEYKƏ XANIM, NİYƏ?
MƏLEYKƏ XANIM, NİYƏ?2-02-2023, 14:13 |
|
Məlum olduğu kimi artıq illərdir ki, humanitar ixtisas qrupunda Məleykə xanım "islahatlar" apararaq coğrafiya ixtisasını riyaziyyat fənni ilə əvəz etmişdir. Bu səbəbdən tarix ixtisasını bitirmiş gənc müəllimlər xəritə ilə işləməkdə ciddi çətinlik çəkirlər. Məntiqlə düşünsək, tarix ixtisasını riyaziyyatın quyruğuna bağlamaqdansa, coğrafiya il "evləndirsək" daha məqsədəuyğun sayılar.
Yaxud beynəlxalq münasibətlər və regionşunaslıq ixtisası illərdir ki, ikinci ixtisas qrupuna şamil edilib. Yalnız keçən ildən üçüncü ixtisas qrupuna keçirilib. Bu sadə, elementar həqiqəti dərk etmək üçün on il vaxt lazımdırmı? Rubrika.Az Geri qayıt |