Əsas Səhifə > Araşdırma > "Pullu xidmət müqabilində xidmət göstərən Kapital bank niyə özünü istintaq orqanı kimi aparsın?"
"Pullu xidmət müqabilində xidmət göstərən Kapital bank niyə özünü istintaq orqanı kimi aparsın?"7-02-2023, 12:51 |
![]() Eyni fəaliiyət ilə məşğül olan üç müəssisəmizin hesablaşma hesabları Kapital bankdadır. Hər üç müəssisənin təsisçisi özüm olmaqla, iki müəssisədə direktor ayrı şəxslər, birində isə özüməm. Hər bir müəssisə eyni fəaliyyət növü ilə məşğul olmasına baxmayaraq ayrı - ayrı ünvanlarda fəaliyyət göstərirlər və hər birinin minimum 5 nəfər olmaqla əmək kollektivi vardır. Amma artıq bir necə gündür ki, bank bu subyektlərin hesablarında pul nağdlaşmasını məhdudlaşdırıb. Qanunvericiliyə görə bu təşkilatlardan biri ədv olmaqla ayda 60000 manat vəsaiti nağdlaşdırmaq ixtiyarları vardır. Amma bank izahat verir ki, eyni fəaliyyət ilə məşğul olduğuna görə və təsisçinin hər üç təşkilatda eyni şəxs olduğu üçün vəsaiti bölüşdürürük və aylıq cəmi 15000 manat nağdlaşdıra bilərsiniz. Sual verirsən ki, ay bank sən mənim vəssitimi hansı qanuna əsasən məhdudlaşmaya məruz qoyursan? Cavab veirlər ki, bəs " Nağdsız ödənişlər haqqında " qanuna əsasən. Deyirəm həmin qanunda belə maddə yoxdur, əgər varsa belə bu sizin səlahiyyətiniz deyil. Başa salırsan ki, ay bank bu müəssisələrin hər birinin ayrı - ayrı həm rəsmi, həm də qeyri- rəsmi xərcləri vardır. Deyir ki, biz belə qərar qəbul etmişik?! Bunlara kim belə səlahiyyət verib, bunlar özlərini kim sayırlar? Belə özbaşınalıqmı olar? Pullu xidmət müqabilində xidmət göstərən bank, özü də Kapital bank niyə özünü istintaq orqanı kimi aparsın. Etdiyimiz müraciətə əsasən məsələ qısa müddət ərzində həll olunmasa, onda gərək hüquqi müstəvidə dava açaq. Ruslan Dadaşov Geri qayıt |