Əsas Səhifə > Dünya > Ukraynada dronları idarə etmək üçün Starlink-dən istifadə qadağan edilib…
Ukraynada dronları idarə etmək üçün Starlink-dən istifadə qadağan edilib…10-02-2023, 16:31 |
|
Amerikanın SpaceX şirkəti Ukraynanın pilotsuz uçuş aparatlarına nəzarət etmək üçün Starlink şəbəkəsindən istifadəsini məhdudlaşdırıb… RUBRIKA.AZ xəbər verir ki, bu barədə şirkətin prezidenti Qvinn Şotvell Reuters Agentliyinə bildirib. Şotvell Starlink-in “silah halına gətirilməsi” üçün nəzərdə tutulmadığını vurğulayıb. Şotvel izah edib ki, şirkətin Kiyevlə müqaviləsi Starlink şəbəkəsindən ilk növbədə humanitar məqsədlər üçün istifadəni nəzərdə tutur və onun köməyi ilə PUA-lara nəzarət müqavilənin əhatə dairəsindən kənardır. “Biz bilirik ki, ordu onlardan rabitə üçün istifadə edir və bu, normaldır. Lakin onların bundan hücum məqsədi ilə istifadə etməsi heç vaxt bizim niyyətimiz olmayıb”, deyə şirkətin prezidenti bildirib. Şotvell əlavə etdi ki, SpaceX-in internet sistemlərinin bu istifadəsini məhdudlaşdırmaq üçün yolları var və onlardan istifadə olunub. Lakin o, hansı tədbirlərin görüldüyünü açıqlamayıb. Qeyd edək ki, bir müddıt əvvəl Ukrayna Müdafiə Nazirliyi Starlink peyk rabitə terminalları ilə təchiz edilməsi planlaşdırılan hücum dronları şirkətinin yaradılmasını elan etmişdi. Keçən ilin sonunda agentlik SpaceX ilə Starlink peykləri üçün 10 000-dən çox terminal almaq barədə razılığa gəlib. RUBRIKA.AZ Geri qayıt |