Əsas Səhifə > RubrikaTV Video > FHN-in xilasediciləri tərəfindən 45 nəfər dağıntılar altından sağ çıxarılıb - VİDEO

FHN-in xilasediciləri tərəfindən 45 nəfər dağıntılar altından sağ çıxarılıb - VİDEO


10-02-2023, 10:05
FHN-in xilasediciləri tərəfindən 45 nəfər dağıntılar altından sağ çıxarılıb - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Rubrika.Az
bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 45 nəfəri sağ, 269 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.



Rubrika.az
Geri qayıt