Əsas Səhifə > Cəmiyyət > Bakıda oğul anasını ağacla döyərək xəstəxanalıq edib

Bakıda oğul anasını ağacla döyərək xəstəxanalıq edib


13-02-2023, 09:25
Bakıda oğul anasını ağacla döyərək xəstəxanalıq edib


Bakının Nəsimi rayonunda oğul anasını döyüb.

Hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü Mustafayeva Afizər Yunis qızı yaşadığı evdə oğlunun işgəncəsinə məruz qalıb.

Oğlu onu ağac budağı ilə döyüb.

Yaralı qonşuların köməkliyi ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

A.Mustafayevaya qapalı kəllə-beyin travması, alın nahiyəsinin açıq yarası və burun sümüklərinin yer dəyişən sınığı diaqnozu qoyulub.

Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Rubrika.az


Geri qayıt