Əsas Səhifə > Cəmiyyət > Türkiyə paytaxtından ölkənin şimalına hərəkət edən sərnişin avtobusu ağır qəzaya düşüb - FOTO

Türkiyə paytaxtından ölkənin şimalına hərəkət edən sərnişin avtobusu ağır qəzaya düşüb - FOTO


13-02-2023, 09:15
Türkiyə paytaxtından ölkənin şimalına hərəkət edən sərnişin avtobusu ağır qəzaya düşüb - FOTO

Türkiyənin paytaxtı Ankaradan Sinop şəhəri istiqamətinə hərəkət edən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində qarşı zolağa keçərək aşıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları çağırılıb.
İlkin məlumata görə, qəza nəticəsində 30 nəfər yaralanıb.
Yol-nəqliyyat hadisəsi ilə əlaqədar yolda maşınların hərəkəti müvəqqəti dayandırılıb

Rubrika.az
Geri qayıt