Əsas Səhifə > İstisadiyyat > Zəlzələnin Türkiyəyə vurduğu ziyan: - Ankara kredit almağa vadar olacaq?
Zəlzələnin Türkiyəyə vurduğu ziyan: - Ankara kredit almağa vadar olacaq?13-02-2023, 17:25 |
![]() "Türkiyə öz gücü hesabına zəlzələ nəticəsində yaranan problemləri aradan qaldırmaq iqtidarında deyil”. RUBRİKA.AZ bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli "Bloomberg" agentliyinin zəlzələ nəticəsində Türkiyə iqtisadiyyatına dəyən ziyanın 84 milyard dolları keçəcəyilə bağlı araşdırmasına münasibət bildirərkən deyib. "Hələlik tikinti sektoru, infrastruktur və əmək bazarına dəyən ziyan əsas götürülərək, belə bir rəqəm elan edilib. Amma aydın məsələdir ki, ortaya başqa problemlər də çıxacaq. Hələ yaşayış binaların heç də hamısı nəzarətdən keçməyib. Ola bilər ki, proses tam aydınlaşandan sonra vizual olaraq ayaqda qalan, amma yaşaması mümkün olmayan binaların sayı daha da artacaq”, deyə ekspert vurğulayıb. Həmsöhbətimiz bu qənaətdədir ki, Türkiyə iqtisadiyyatına dəyən ziyanın ümumi məbləği 100 milyard dollara çatacaq: "Bu ehtimal daha yüksəkdir. Bu da Türkiyə DM-nin 10 faizindən də çoxdur. Digər tərəfdən, bərpa işlərini qısa zamanda görmək lazımdır. Ona görə də qısa zaman kəsiyində bu qədər vəsaitin tək Türkiyənin öz daxili resursları hesabına əldə etməsi mümkün deyil. Güman ki, donor ölkələr olacaq. Martda donor ölkələrin konfransının keçiriləcəyi və orada müəyyən vəsaitin toplanması gözlənilir. Bundan başqa, yəqin ki, Ankara beynəlxalq maliyyə qurumlarına kreditlərlə bağlı müraciət etmək məcburiyyətində qalacaq. Çünki tək öz gücü hesabına Türkiyənin problemləri həll etməsi çətindir. Bu gün 3 milyondan çox insan evsiz-eşiksiz qalıb. Onların tez bir zamanda yerləşdirilməsi qısa zamanda həyata keçirilməlidir”. Rubrika.az Geri qayıt |