Əsas Səhifə > Dünya > AFAD sədri dağıdıcı zəlzələdə həlak olan heyət üzvlərindən danışdı
AFAD sədri dağıdıcı zəlzələdə həlak olan heyət üzvlərindən danışdı14-02-2023, 13:54 |
|
Kahramanmaraş vilayətində iki böyük zəlzələdə Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) 10 əməkdaşı həlak olub. RUBRIKA.AZ bildirir ki, bu barədə AFAD sədri Yunus Sezər sosial şəbəkə hesabından xəbər verib. O, həmin AFAD üzvlərinin kimliklərini açıqlayıb və illərlə çiyin-çiyinə çalışdığı bu insanların hər zaman qəlblərdə yaşayacaqlarını bildirib. “Fədakar dostlarımıza və böyük fəlakətdə həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirik, yaralılarımıza şəfalar diləyir, əziz xalqımıza başsağlığı veririk”, - deyən Y.Sezər əsrin ən böyük fəlakətində doğma və yaxın insanların itirilməsindən dərin kədər hissi keçirdiyini bildirib. RUBRIKA.AZ Geri qayıt |