Əsas Səhifə > Dünya > Tramp ABŞ-da dar ağacından asılmaqla açıq edamları bərpa etmək istəyir...

Tramp ABŞ-da dar ağacından asılmaqla açıq edamları bərpa etmək istəyir...


15-02-2023, 09:06
Tramp ABŞ-da dar ağacından asılmaqla açıq edamları bərpa etmək istəyir...

Tramp xalq qarşısında asılmaqla və güllənməklə həyata keçirilən edamların bərpasını dəstəkləyəcək parlaq hökumət videoreklamının yaradılmasının mümkünlüyü barədə düşünür…

ABŞ-ın keçmiş prezidenti Donald Tramp öz ətrafı ilə ABŞ-da məhkumların açıq edamının həyata keçirilməsi imkanlarını müzakirə edib.

Rubrika.az xəbər verir ki, bu barədə ABŞ-ın Rolling Stone jurnalı məlumat yayıb.

Nəşrin mənbələri bildirir ki, Tramp öz ətrafında xalq qarşısında edam bərpa olunmasını, hətta qrup şəklində edamlar həyata keçirmək, eləcə də məhkumların həyatının son dəqiqələrini nümayiş etdirmək imkanından danışıb. Tramp bu cür edamların yenidən canlanmasını dəstəkləyəcək parlaq hökumət video reklamının yaradılmasının mümkünlüyü barədə ətrafı fikir bölüşüb.

Siyasətçi seçkiqabağı ritorikasında bu fikirləri irəli sürmək və bununla da ABŞ prezidenti Co Baydenin cinayətkarlıqla mübarizə siyasətinə uğursuzluğunu ifadə etmək niyyətindədir. Bundan əlavə, Tramp qanunu pozanlarda açıq edamlarla qorxu yaratmaq istəyir.

Qeyd edək ki, Donald Trampın ABŞ-da prezidentliyi dövründə 13 ölüm hökmü icra edilib ki, bu da federal səviyyədə rekord göstərici olub. Eyni zamanda, o, hakimiyyət orqanları inyeksiya olmadıqda müxtəlif növ edamlardan istifadə etməyə icazə verib. Bayden administrasiyası isə federal səviyyədə ölüm cəzasını dəstəkləmir.

Trampın nümayəndələri bu məlumatı təkzib edərək, bunu “yoxdan uydurulmuş yalan” adlandırıblar.

RUBRIKA.AZ
Geri qayıt