Əsas Səhifə > Təhsil > ATU-nun tələbəsi Türkiyədəki zəlzələdə həlak olub

ATU-nun tələbəsi Türkiyədəki zəlzələdə həlak olub


15-02-2023, 17:29
ATU-nun tələbəsi Türkiyədəki zəlzələdə həlak olub

Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi Türkiyədəki zəlzələdə həlak olub.

RUBRİKA.AZ bildirir ki, bu barədə universitetdən məlumat verilib.
Qeyd olunub ki, fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin V kurs tələbəsi Nazif Abdulmelik oğlu Toprak vəfat edib
Bundan əlavə, zəlzələdə faciəli şəkildə həyatını itirən azərbaycanlı tələbələrdən biri - Gündüz Nəzərzadə də ATU-nun məzunu olub. 2021-ci ildə universitetimizin Əczaçılıq fakültəsindən məzun olan G.Nəzərzadə Malatyada İnönü Universitetində magistratura təhsili alırdı.

RUBRİKA.AZ
Geri qayıt