Əsas Səhifə > Aktual > Azərbaycanlı xilasedicilərin bir hissəsi Türkiyədən Azərbaycana qayıdıb - Yenilənib
Azərbaycanlı xilasedicilərin bir hissəsi Türkiyədən Azərbaycana qayıdıb - Yenilənib1-03-2023, 17:57 |
|
Türkiyə zəlzələ bölgəsində axtarışlarda iştirak edən Azərbaycan xilasedicilərinin 238 nəfəri Vətənə qayıdıb... Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin 238 nəfərlik qrupu Vətənə qayıdıb. Xilasedicilər üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirliyin müşavirləri, FHN rəsmiləri və mətbuat nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycandan qardaş ölkəyə ümumilikdə 760 nəfər axtarış-xilasetmə heyəti gedib. *** Türkiyənin zəlzələ baş verən bölgəsində axtarış işlərinə cəlb edilən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir qrup xilasedicisinin Azərbaycana qayıdacağı gözlənilir Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin bir hissəsi bu gün təyyarə ilə Adana hava limanından Bakı şəhərinə yola düşüb. Bu barədə nazirlikdən məlumat verilib. Qüvvələri hava limanından Adana valisi Süleyman Elban, Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Mersin vilayəti Fövqəladə Halların İdarə olunması Bölməsinin rəhbəri Cenk Yıldız, fövqəladə və səlahiyyətli səfirlər Murat Salim Esenli və Ayşe Saraç və Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin idarə rəhbəri Hatice Tugba İkizler yola salıblar. Türkiyəli rəsmilər Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin qardaş ölkədəki dağıdıcı zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarını yüksək peşəkarlıq və fədakarlıqla yerinə yetirdiklərini qeyd edərək, onların hər birinin bir qəhrəman olduğunu bildiriblər. Rəsmilər göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür ediblər. *** APA-nın İstanbul müxbiri xəbər verir ki, azərbaycanlı xilasedicilərin yaxın saatlarda Adana hava limanından Azərbaycana yola düşməsi gözlənilir. RUBRIKA.AZ Geri qayıt |