Əsas Səhifə > Dünya > İranda universitet tələbəsi hökumət qüvvələri tərəfindən qaçırıldı

İranda universitet tələbəsi hökumət qüvvələri tərəfindən qaçırıldı


5-03-2023, 14:00
İranda universitet tələbəsi hökumət qüvvələri tərəfindən qaçırıldı

İranda universitet tələbəsi hökumət qüvvələri tərəfindən qaçırılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, İranda Kərəc şəhərinin Qızlar Texniki-Peşə Universitetinin tələbəsi Sarina Mahmud-Salehi universitetin yataqxanasında zəhərlənməsi xəbərindən sonra martın 4-ü axşam saatlarında mülki geyimli hökumət qüvvələri tərəfindən qaçırılıb.

Qız tələbəni həbs edən orqan və onun hazırki durumu barədə dəqiq məlumat yoxdur.

RUBRIKA.AZ
Geri qayıt