Əsas Səhifə > Cəmiyyət > Azərbaycan MN-dən sülhməramlıların komandanlığına: Üçtərəfli Bəyanat qeyd-şərtsiz yerinə yetirilməlidir
Azərbaycan MN-dən sülhməramlıların komandanlığına: Üçtərəfli Bəyanat qeyd-şərtsiz yerinə yetirilməlidir5-03-2023, 15:07 |
|
Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib "Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur. Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti sürətdə yolverilməzdir. Xatırladırıq ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunmuşdur", - MN-dən bildirilib. RUBRIKA.AZ Geri qayıt |