Əsas Səhifə > Qanun > Vilayət Eyvazov polis mayorunu yüksək vəzifəyə təyin edib - ƏMR

Vilayət Eyvazov polis mayorunu yüksək vəzifəyə təyin edib - ƏMR


6-03-2023, 17:56
Vilayət Eyvazov polis mayorunu yüksək vəzifəyə təyin edib - ƏMR

Gədəbəy Rayon Polis Şöbəsinin (RPŞ) rəisinə yeni müavin təyin edilib.

RUBRIKA.AZ bildirir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Gündüz Yusifov Gədəbəy RPŞ-nin rəisinin şəxsi heyətlə iş üzrə rəis müavini təyin edilib.
Qeyd edək ki, G.Yusifov bu təyinata qədər Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

RUBRIKA.AZ
Geri qayıt