Əsas Səhifə > Aktual > Bakıda atışma - 3 nəfər güllələndi
Bakıda atışma - 3 nəfər güllələndi10-03-2023, 15:00 |
|
Bakıda atışma olub. Rubrika.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb. Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, 3 nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub: "Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək". Rubrika.az Geri qayıt |