Əsas Səhifə > Dünya > Nazir: “İran təkcə İsrailin deyil, bütün dünyanın düşmənidir”
Nazir: “İran təkcə İsrailin deyil, bütün dünyanın düşmənidir”13-03-2023, 09:35 |
|
“İran təkcə İsrailin deyil, bütün dünyanın düşmənidir”. Bunu İsrail Dövlətinin kəşfiyyat naziri Gila Gamlieli X Qlobal Bakı Forumu çərçivəsində “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib. O bildirib ki, regionda sabitliyin pozulmasının səbəbi İrandır: “Regiondakı bütün ölkələr İran tərəfindən təhdid altındadır. İran təkcə İsrailin deyil, bütün dünyanın düşmənidir”. RUBRİKA.AZ Geri qayıt |