Əsas Səhifə > İdman > "Qarabağ" - "Qalatasaray" oyununda 2-ci hissə başlayıb - Yenilənib

"Qarabağ" - "Qalatasaray" oyununda 2-ci hissə başlayıb - Yenilənib


26-03-2023, 21:35
"Qarabağ" - "Qalatasaray" oyununda 2-ci hissə başlayıb - Yenilənib

Bakıd "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda ikinci hissə başlayıb.

İlk yarıdan sonra hesab bərabərdir - 1:1.

4-cü dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Bafetimbi Qomis hesabı açıb.

18-ci dəqiqədə Redon Cica tarazlığı bərpa edib.

***

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda ilk hissə başa çatıb.

Tərəflər fasiləyə bərabərliklə yollanıblar - 1:1.

4-cü dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Bafetimbi Qomis hesabı açıb.

18-ci dəqiqədə Redon Cica tarazlığı bərpa edib.

***

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda növbəti qol vurulub.

"Köhlən atlar"ın heyətində Redon Cica 18-ci dəqiqədə tarazlığı bərpa edib - 1:1.

***

"Qarabağ" - "Qalatasaray" oyununda erkən qol vurulub.

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab açılıb.

4-cü dəqiqədə İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib.

***

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında yoldaşlıq oyunu başlayıb.

Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da start götürüb. Matçı FIFA referisi Əliyar Ağayev idarə edir.

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

RUBRİKA.AZ
Geri qayıt