Əsas Səhifə > Gündəm > Astanada İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu (FOTO/VİDEO/YENİLƏNİB)
Astanada İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu (FOTO/VİDEO/YENİLƏNİB)10-04-2023, 13:44 |
|
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanadakı "Akorda” Prezident Sarayında rəsmi qarşılanma mərasimi olub. RUBRIKA.AZxəbər verir ki, "Akorda” Prezident Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edilib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndirilib. Ətraflı Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. 12:02 Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gedib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar. RUBRIKA.AZ Geri qayıt |