Əsas Səhifə > Cəmiyyət > Polis ötən gün 10 kiloqrama yaxın narkotik aşkarlayıb
Polis ötən gün 10 kiloqrama yaxın narkotik aşkarlayıb12-04-2023, 13:44 |
|
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir... Polis ötən gün 10 kiloqrama yaxın narkotik aşkarlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının aprelin 11-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,6 kiloqrama yaxın heroin, 5,3 kiloqramdan çox marixuana, 1,3 kiloqrama yaxın tiryək, 450 qramdan çox metamfetamin, 2970 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. RUBRIKA.A Geri qayıt |