Əsas Səhifə > İdman > Avropa çempionatı: Hacı Əliyev və daha dörd güləşçi mübarizəyə başlayır

Avropa çempionatı: Hacı Əliyev və daha dörd güləşçi mübarizəyə başlayır


17-04-2023, 10:13
Avropa çempionatı: Hacı Əliyev və daha dörd güləşçi mübarizəyə başlayır

Azərbaycanın beş sərbəst güləşçisi bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq...

57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə 1/4 final mərhələsində Anatoli Buruian (Moldova)/Horst Ler (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək
65 kq-dakı Əli Rəhimzadə 1/8 finalda Georgios Pilidis (Yunanıstan)/İslam Dudayev (Albaniya) duelinin güclüsü ilə, 70 kq-da yarışan Hacı Əliyev təsnifatda Canluka Talamo (İtaliya) ilə görüşəcək.
79 kq-dakı Səbuhi Əmiraslanov 1/8 finalda İman Mahdavinin (UWW), 97 kq-dakı Maqomedxan Maqomedov Benjamin Honisin (İtaliya) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.(report.az)

RUBRIKA.AZ
Geri qayıt