Əsas Səhifə > Dünya > Rusiyanın zərbəsi nəticəsində Slavyanskda ölənlərin sayı 15-ə çatıb
Rusiyanın zərbəsi nəticəsində Slavyanskda ölənlərin sayı 15-ə çatıb18-04-2023, 09:12 |
|
Slavyanskda beşmərtəbəli binada axtarış-xilasetmə işləri başa çatıb, ümumilikdə Rusiyanın aprelin 14-də şəhərə endirdiyi zərbə nəticəsində 15 nəfər ölüb, 24 nəfər yaralanıb. Bu barədə Donetsk Vilayət Dövlət Administrasiyasının başçısı Pavel Kirilenko teleqramda bildirib. “Dəqiqləşdirilmiş məlumatlara görə, dağıntılar altından 15 nəfər çıxarılıb: 5-ni (o cümlədən 14 yaşlı qız) qurtarmaq mümkün olub, 10 nəfər (aralarında 2 yaşlı oğlan olub) ölüb”, - o qeyd edib. Kirilenko xatırladıb ki, aprelin 14-də rusiyalılar “S-300” hava hücumundan müdafiə sistemindən şəhərə 8 raket ataraq, Slavyanska böyük raket hücumu həyata keçiriblər. Bu hücum nəticəsində ümumilikdə 15 nəfər ölüb, 24-ü yaralanıb. RUBRIKA.AZ Geri qayıt |