Əsas Səhifə > Gündəm > Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində saziş imzalanıb

Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində saziş imzalanıb


24-04-2023, 15:33
Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində saziş imzalanıb

Gürcüstan və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında yenilənmiş saziş imzalanıb...

Saziş Gürcüstanın müdafiə nazirinin Azərbaycana səfəri çərçivəsində imzalanıb.

Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Cuanşer Burçuladzeni azərbaycanlı həmkarı qonaq edib.

Söhbətdə regionda təhlükəsizlik problemlərinə toxunulub.

Görüşdə müdafiə sahəsində ikitərəfli əməkdaşlığın cari məsələləri və gələcək planlar, o cümlədən beynəlxalq təlimlərdə və hərbi-təhsil proqramlarında iştirak müzakirə olunub.

Söhbət zamanı Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatında əməkdaşlıq məsələlərinə toxunulub. Qeyd olunub ki, strateji səviyyəli görüşlər, müdafiə sahəsində əməkdaşlıq, birgə təlimlər və ekspertlərin görüşləri ölkələr arasında qarşılıqlı əlaqəni daha da gücləndirir.

RUBRİKA.AZ
Geri qayıt