Əsas Səhifə > Dünya > Türkiyənin Ermənistan aviaşirkəti üçün hava məkanını bağlamasının səbəbi məlum oldu
Türkiyənin Ermənistan aviaşirkəti üçün hava məkanını bağlamasının səbəbi məlum oldu3-05-2023, 14:05 |
|
“Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında səmimidir. Amma Ermənistanda “Nemezis” abidəsinin qoyulması qəbuledilməzdir”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib. “Mən bunu qəbul edə bilmərəm. Ermənistanın bu barədə açıqlamaları isə səmimi deyil. Biz adekvat cavab olaraq hava sahəsini bağladıq. Lazım olsa, başqa addımlar da ata bilərik”, - nazir bildirib. M.Çavuşoğlu söyləyib ki, Ermənistan Türkiyəni aldatmağa cəhd etməməlidir. Qeyd edək ki, aprelin 30-da və mayın 3-də Türkiyə “Flyone Armenia”nın Avropaya uçuşları üçün hava məkanını bağlayıb. Rubrika.az Geri qayıt |