Əsas Səhifə > Dünya > Ukraynaya kütləvi hücum: İki azərbaycanlı yaralandı, 650 Rusiya hərbçisi öldürüldü - Video
Ukraynaya kütləvi hücum: İki azərbaycanlı yaralandı, 650 Rusiya hərbçisi öldürüldü - Video4-05-2023, 21:15 |
|
Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə bütün ölkə boyu hava hücumu olub. “20-yə qədər “Şahid” dronu Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilsə də, Kiyevin Podolsk və Şevçenko rayonlarında küçələrdəki maşınlar zərər görüb”, - deyə M.Aslanov əlavə edib. Həmçinin qeyd edilib ki, Xerson şəhərinə edilən artilleriya hücumları daha ciddi nəticələrə səbəb olub: “Dneprin sol sahilindən açılan artilleriya atəşləri nəticəsində şəhərdə böyük dağıntı olub. Bir gecədə 23 nəfər həlak olub, 50-yə yaxın insan isə yaralanıb. Hücum nəticəsində küçə alveri ilə məşğul olan Həsən və Araz adlı azərbaycanlılar da ağır yaralanıblar”. O da bildirilib ki, Donbas və Xersonda “Vaqner” hərbçilərinin və separatçıların hücum cəhdinin qarşısını alan Ukrayna Ordusu bir gecədə 650 hərbçini məhv edib. Rubrika.Az Geri qayıt |