Əsas Səhifə > Manşet > Xəstələrin güvənc yeri olan XƏSTƏXANA

Xəstələrin güvənc yeri olan XƏSTƏXANA


10-05-2023, 15:23
Xəstələrin güvənc yeri olan XƏSTƏXANA

Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz açıq-aşkar hiss edirik. Səhiyyə sahəsində qəbul edilən proqramlar tibb müəssisələrinin ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin başlıca istiqamətlərini təşkil edir.
Səhiyyədə aparılan islahatların tərkib hissəsini təşkil edən istiqamətlərdən biri də icbari tibbi sığortanın tətbiqidir. Azərbaycanda səhiyyə xidmətinin maliyyələşdirilməsi əsasən dövlət tərəfindən həyata keçirilir. İcbari tibbi sığorta isə səhiyyənin maliyyələşməsinin yeni formasıdır. Dövlətin səhiyyə ayırdığı vəsaitlərlə yanaşı vətəndaşlardan toplanan sığorta haqları icbari tibbi sığortanın müasir dövrdə daha dayanıqlı və etibarlı maliyyələşmə modeli kimi tətbiq olunmasına səbəb olub.İcbari tibbi sığortaya keçid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artıracaq, tibbi xidmətlərin keyfiyyətini yüksəldəcək və səhiyyə sisteminin maliyyə potensialını gücləndirəcək. Əlçatanlığın təmin olunması üçün Tibbi Sığorta üzrə Dövlət Agentliyi səhiyyənin maddi-texniki bazasının güclənməsinə dəstək verəcək. O baxımdan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin və TƏBİB- in icraçı direktoru Vüqar Qurbanovun üzərinə bundan sonra da böyük yük, zəhmət düşür, həm də son dərəcə pozitiv, əhalinin ürəyindən olan xeyirxah bir işə start verilmişdir.
Dövlətimizin səhiyyə sahəsində qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi, vətəndaşlara yüksək tibbi xidmətin göstərilməsi üçün Nərmanov Tibb Məkəzinin nəzdində fəkiyyət göstərən 5 nömrəli şəhər Klinik Xəstəxanası öz  fəaliyyətini günün tələbləri səviyyəsində qurur. 5 saylı şəhər Klinik Xəstəxanası əhaliyə yüksək səviyyədə tibbi xidmətlərin göstərilməsi, insanların sağlamlıqlarının effektli şəkildə qorunması üçün ən son texnoloji avadanlıqlar və müasir tibb aparatları ilə təmin olunub. Təbii ki, bu sığorta sisteminin səhiyyə ocağında səviyyəli şəkildə təşkil edilməsində adıçəkilən xəstəxananın direktoru Fazil Alməmmədovun adını xüsusi fədakarlığını, diqqətini qeyd etmək lazımdır.
Fazil müəllimin həssaslığı, nəinki xəstəxanada ümumilikdə Nərmanov Tibb Mərkəzində ən kiçik detallara diqqət yetirməsi, göstərilən xidmətlə bağlı gündəlik araşdırma aparması, təhlillər aparması göstərir ki, gündən-günə tibbi sığortanın təşkilində ciddi nəticələr əldə olunacaq
Ümumiyyətlə, dövlətin səhiyyə sahəsində qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi, vətəndaşlara yüksək tibbi xidmətin göstərilməsi üçün Nərmanov Tibb Mərkəzinin bütün müəssələrində olduğu kimi 5 saylı şəhər Klinik Xəstəxanası da öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur.
Bu xəstəxana əhaliyə yüksək səviyyədə tibbi xidmətlərin göstərilməsi, insanların sağlamlığının səmərəli şəkildə qorunması üçün ən son texnoloji avadanlıqlar və müasir tibb aparatlarla təmin olunub.
Bu qocaman xəstəxana həqiqətən hər kəsin - ən ağır vəziyyətdə, ən ümidsiz halda, ən yoxsul şəraitdə yaşayan insanların, xəstələrin güman yeridir. Ölkədə aztəminatlı, özək klinikalara getmək imkanı olmayan ailələr hər zaman arxayındır ki, onlara təmənnasız xidmət göstərən 5 nömrəli şəhər Klinik Xəstəxanası var. Onları geri qaytarmayacaq, dərdinə dərman edəcək bir xəstəxana...Və bu gün də tibbi sığortanın yüksək səviyyədə təşkil olunması insanlarda böyük inam yaradıb ki, sözügedən tibb ocağının qapısını rahatlıqla döyə biləcəklər. Özü də daha müasir, daha keyfiyyətli, daha məsuliyyətli xidmət göstərərək. Təbii ki, heç kəsə xəstəlik arzulamırıq, amma kimsə bundan sığortalanmayıb, hər birimiz səhhətimizdə hansısa problemdən şikayət edirik. Ona görə bizim tibbi sığortamızı təmin edən yer olan Nərmanov Tibb Mərkəzinə güvənmək olar.

Həmidəxanım Məmmədova
Xüsusi müxbir

Geri qayıt