Əsas Səhifə > Dünya > Ərdoğan: "28 May seçkisindən qalib çıxacağıq və tarixi uğur qazanacağıq"

Ərdoğan: "28 May seçkisindən qalib çıxacağıq və tarixi uğur qazanacağıq"


15-05-2023, 22:37
Ərdoğan: "28 May seçkisindən qalib çıxacağıq və tarixi uğur qazanacağıq"

Mayın 14-də əldə etdiyimiz səs nisbətini artıraraq 28 May seçkisindən qalib çıxacağıq və tarixi uğur qazanacağıq...

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdəki paylaşımında bildirib.

"Mayın 28-nə kimi dayanmadan, dincəlmədən sevimli millətimiz qarşısında məsuliyyətimizi yerinə yetirəcəyik", - Ərdoğan qeyd edib.

Türkiyə lideri bildirib ki, nəticədən asılı olmayaraq, 14 may seçkilərinin qalibi 85 milyon nəfərlə türk demokratiyası və türk Milləti oldu.

"Mayın 14-də seçkiyə gedərək azad iradəsini əks etdirən bütün vətəndaşlarıma və xaricdəki 56 milyon insanımızın hər birinə dəyərli səslərinə və demokratiyaya verdiyi töhfələrə görə təşəkkür edirəm", - Ərdoğan vurğulayıb.

O, əlavə edib ki, Türkiyə göstərdiyi yetkinliklə dünyanın ən qabaqcıl demokratik mədəniyyətə malik ölkələrindən biri olduğunu göstərdi.

RUBRİKA.AZ
Geri qayıt