Əsas Səhifə > Dünya > Türkiyə mediası: "Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi"
Türkiyə mediası: "Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi"29-05-2023, 09:23 |
|
Azərbaycan Prezidenti İlham Əliyevin Rəcəb Tayyip Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etməsinə Türkiyə mediasında geniş yer verilib. Rubrika.Az Trend-ə istinadən bildirir ki, Türkiyənin əksər televiziyaları və tanınmış xəbər agentlikləri bu xəbəri işıqlandırılıb. Türkiyə mediası prezident Əliyevin təbrikini " Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi" başlığı ilə yayıb. Türkiyə mediası Prezident İlham Əliyevin Ərdoğanı Azərbaycana rəsmi səfərə dəvət etməsini də xüsusi vurğulayıb. Rubrika.Az Geri qayıt |