Əsas Səhifə > Dünya > Makron BRİKS sammitində iştirak edəcək...
Makron BRİKS sammitində iştirak edəcək...21-06-2023, 09:12 |
|
Fransanın xarici işlər naziri Ketrin Kolonnanın sözlərinə görə, Emmanuel Makron BRİKS sammitində iştirak edən ilk Qərb lideri olacaq... Rubrika.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Pretoriyada keçirilən mətbuat konfransında bu barədə danışan Kolonna BRİKS ölkələri - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika ilə dialoqda bütün məsələlərdə razılıq əldə olunmasa belə, müsbət olacağını bildirib. Qeyd edək ki, BRİKS-in növbəti sammiti avqustun 22-24-də Cənubi Afrikada keçiriləcək. Makronun səfəri hələ rəsmən təsdiqlənməsə də, Kolonna qeyd edib ki, hazırda bu sammitdə və ya başqa formatda dialoqun mümkünlüyü müzakirə olunur. Xatırlaadq ki, inkişaf etməkdə olan iqtisadiyyatların BRİKS qrupu “Qlobal Cənub”un Qərb sənayeləşmiş ölkələrinin G7 qrupunun alternativi kimi dəyərləndirilir. Kolonna qeyd edib ki, Fransa prezidentinin dəvət olunması ilə bağlı yekun qərarı növbəti sammitin sədri, Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa verəcək. Rubrika.az Geri qayıt |