Əsas Səhifə > Dünya > Aİ liderləri Çindən Ukraynadakı müharibənin dayandırılmasına kömək etməsini istəyəcəklər
Aİ liderləri Çindən Ukraynadakı müharibənin dayandırılmasına kömək etməsini istəyəcəklər21-06-2023, 09:30 |
|
Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçıları Ukraynadakı vəziyyətlə bağlı Çin hakimiyyətinə birgə müraciət etməyi planlaşdırır... Rubrika.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Reuters Agentliyi məlumatlı mənbələrə istinadən məlumat yayıb. “İyunun 29-30-da keçirilməsi planlaşdırılan Aİ sammitində liderlər Çini qlobal problemlərin, eləcə də Ukrayna böhranının həllində iştirak etməyə çağıracaqlar”, deyə yüksək səviyyəli Avropa rəsmisi Reuters Agentliyinə bildirib. Mənbənin sözlərinə görə, Çinə başqa bir müraciət Avropa İttifaqı ilə münasibətlərdə iqtisadi tarazlığın bərpası ilə bağlı olacaq. Rubrika.az Geri qayıt |