Əsas Səhifə > Dünya > Tokayev Təhlükəsizlik Şurasını toplayır
Tokayev Təhlükəsizlik Şurasını toplayır25-06-2023, 11:53 |
|
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bazar günü Təhlükəsizlik Şurasının plandankənar iclasını keçirəcək və burada Rusiyadakı vəziyyətlə bağlı hüquq-mühafizə orqanları rəhbərlərinin məruzələrini dinləyəcək. Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb. “Sabah səhər prezident Qasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının plandankənar iclasını keçirəcək. Dövlət başçısı baş nazirin, hüquq-mühafizə orqanları rəhbərlərinin Rusiyada yaranmış vəziyyətlə əlaqədar onun tapşırıqlarının yerinə yetirilməsi istiqamətində görülən tədbirlərlə bağlı məruzələrini dinləyəcək”, - məlumatda deyilir. Mətbuat xidmətində qeyd olunduğu kimi, “qonşu dövlətdəki vəziyyətin Qazaxıstan vətəndaşlarının təhlükəsizliyinə və ölkənin iqtisadiyyatına təsirinin mümkün mənfi nəticələrinin zərərsizləşdirilməsi üzrə operativ tədbirlər planının qəbulu gözlənilir”. Rubrika.az Geri qayıt |