Əsas Səhifə > Dünya > Tramp yenidən müharibəni bir günün içində dayandıracağını deyib...
Tramp yenidən müharibəni bir günün içində dayandıracağını deyib...17-07-2023, 09:30 |
|
ABŞ-ın sabiq prezidenti Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynadakı münaqişəni bir gündə həll edəcəyini bildirib... Rubrika.az xəbər verir ki, Fox News-a müsahibə ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gəlsə, bir gündə Ukrayna ilə Rusiya arasında razılaşmaya nail olacaq. “Mən Ukrayna və Rusiya Federasiyasının prezidentləri Vladimir Zelenski və Vladimir Putini çox yaxşı tanıyıram, onların hər ikisi ilə çox yaxşı münasibətlərim olub”, deyə Tramp vurğulayıb. “Mən Putinə deyərdim: “Əgər razılaşma olmayacaqsa, biz Ukraynaya indikindən daha çox silah verəcəyik. Əgər tələb olunarsa, biz Ukraynaya onların indiyədək aldıqlarından qat-qat çox silah verəcəyik”, deyə Tramp sözlərinə davam edib. Bununlada Tramp hesab edir ki, istər Zelenskini. İstərsə də Putini müharibəni dayandırmağa bir günün içində məcbur edəcək. Rubrika.az Geri qayıt |