Əsas Səhifə > Dünya > Blinken Ukraynanın F-16 əldə edəcəyini açıqlayıb

Blinken Ukraynanın F-16 əldə edəcəyini açıqlayıb


24-07-2023, 10:11
Blinken Ukraynanın F-16 əldə edəcəyini açıqlayıb

Ukrayna F-16 qırıcılarını əldə edəcək, lakin onların tədarükü bir neçə ay çəkəcək.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində deyib.
Həmçinin, onun sözlərinə görə, Kiyev işğal edilmiş ərazilərin 50 %-ni azad edə bilib.
“Bu hələ əks-hücumun nisbətən erkən mərhələsidir. Çətindir və həlli bir-iki həftəyə olmayacaq. Bunun bir neçə ay çəkəcəyini təxmin edirəm”, - diplomat qeyd edib.

Rubrika.Az
Geri qayıt