Əsas Səhifə > İdman > Çempionlar Liqası: “Qarabağ” bu gün Polşa çempionu ilə qarşılaşacaq
Çempionlar Liqası: “Qarabağ” bu gün Polşa çempionu ilə qarşılaşacaq26-07-2023, 09:45 |
|
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq Rubrika.Az xəbər verir ki, “atlılar” Polşa təmsilçisi “Rakuv”un qonağı olacaqlar. Çenstoxovadakı “Miejski” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:15-də start götürəcək. Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq. UEFA Çempionlar Liqası II təsnifat mərhələsi, ilk oyun 26 iyul 22:15. “Rakuv” (Polşa) - “Qarabağ” (Azərbaycan) Baş hakim: Lukas Fandrix (İsveçrə) Çenstoxova, “Miejski” stadionu Rubrika.Az Geri qayıt |