Əsas Səhifə > Dünya > Heç vaxt sanksiyalara məruz qalmamış bu sahədə Putini vurmaq şansı var - EN

Heç vaxt sanksiyalara məruz qalmamış bu sahədə Putini vurmaq şansı var - EN


3-08-2023, 15:57
Heç vaxt sanksiyalara məruz qalmamış bu sahədə Putini vurmaq şansı var - EN

Dünya Rusiyanın nüvə sənayesinə qarşı ciddi sanksiyalara doğru irəliləməyə başlayıb və zaman keçdikcə onlar daha genişmiqyaslı olacaq.

Rubrika.Az xarici mətbuata istinadla xəbər verir ki, bu fikri Ukrayna energetika naziri Herman Qaluşenko bildirib və qeyd edib ki, təəssüf, dünyada nüvə yanacağı tədarükünü tez bir zamanda əvəz etmək mümkün deyil.

"Dünya nüvə sənayesində Rusiyaya qarşı sanksiyalara doğru irəliləməyə başlayıb. Bu, həm də həmin barbarların Ukraynada nüvə enerjisi ilə bağlı baş verənlərə münasibətinin dəyişməsini əks etdirir. Çünki bu, hələ ki, yeganə sənayedir ki, sanksiyaların təsirinə məruz qalmayıb. Bu, hələ də sanksiyalar paketində yoxdur, lakin dövlətlər "Rosatom” müəssisələrinə qarşı fərdi olaraq müəyyən edilmiş sanksiyalar tətbiq etməyə başlayırlar. Əminəm ki, belə sanksiyalar olacaq. Bu, artıq baş verir və mən hiss edirəm ki, qlobal olacaq. Ruslar nüvə enerjisi bazarından çıxacaq – bu, 200 faizdir”, - energetika naziri əlavə edib.

Qeyd edək ki, fevralın 5-də Ukrayna Rusiyanın nüvə sənayesinə qarşı sanksiyalar tətbiq edib. "Rosatom”la əlaqəli bir sıra Rusiya şirkətləri aktivlərinin bloklanması, ticarət əməliyyatlarının məhdudlaşdırılması, Ukrayna ərazisindən resursların tranzitinin dayandırılması, bütün lisenziyaların ləğvi, dövlət əmlakının özəlləşdirilməsi və ya icarəsində iştirakın qadağan edilməsi yolu ilə 50 il ərzində bloklanıb.

Aprelin 12-də ABŞ "Rosatom”a daxil olan beş hüquqi və bir fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

Rubrika.Az
Geri qayıt