Əsas Səhifə > Müsahibə > Azərbaycanın XİN başçısı: "Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı təklifimiz qüvvədədir"
Azərbaycanın XİN başçısı: "Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı təklifimiz qüvvədədir"4-08-2023, 09:45 |
|
Rəsmi Bakı bir daha Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərə humanitar yardımların çatdırılması üçün Ağdam-Xankəndi yolunun açıq olduğunu bəyan edib... Rubrika.Az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov avqustun 3-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşdə danışıb. Nazir Ermənistanın Laçın yolunda və sərhəd-buraxılış məntəqəsinə qarşı təxribatlarını nəzərə alaraq, Azərbaycanın erməni sakinlərə yardım üçün Ağdam-Xankəndi yolundan istifadə təklifinin qüvvədə qaldığını bir daha xatırldıb. C.Bayramov həmçinin, Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın müdaxiləsinin qəbuledilməz olduğu bildirib. Rubrika.Az Geri qayıt |