Əsas Səhifə > Dünya > Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üçün danışıqlar aparır
Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üçün danışıqlar aparır4-08-2023, 10:58 |
|
Kiyev və Vaşinqton Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı danışıqlara başlayıblar... Rubrika.Az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermak bildirib. Öz növbəsində ABŞ rəsmiləri də danışıqların başlandığını təsdiqləyib. Yermakın sözlərinə görə, ABŞ Ukraynanın bu müzakirəyə başladığı ilk ölkə olub. O, hesab edir ki, bu, digər tərəfdaşlar üçün model yaratmağa kömək edəcək. “Bu NATO-nun Vilnüsdə keçirilən sammitində razılaşdırılan və müvafiq ikitərəfli sazişlərin hazırlanması üçün əsas olan Ukraynaya dəstək haqqında birgə bəyannamədə nəzərdə tutulub”, deyə Andriy Yermak Telegramda yazıb. ABŞ Ağ Evi danışıqların başladığını təsdiqləyib, lakin təfərrüatları açıqlamayıb. “Bəli, biz bunu təsdiq edə bilərik”, deyə ABŞ administrasiyasının rəsmisi “RİA Novosti”yə bildirib. Rubrika.Az Geri qayıt |